Daşqın təhlükəsi – Sakinlər qaz və işıqsız qala bilər

Daşqın təhlükəsi – Sakinlər qaz və işıqsız qala bilər

Rusiyanın Ufa şəhərində mütəxəssislər sakinlərin təhlükəsizliyi məqsədilə işıq və qaz sistemini söndürə bilərlər.

Oilgas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ufa şəhər adminstrasiyasından məlumat verilib. Qərar xüsusilə Demsk rayonu və yaxınlıqdakı yaşayış məntəqələrinə aiddir.

Dema çayında suyun hündürlüyü 450 sm-i keçərsə, Demskdə, Ağ çayda suyun hündürlüyü 850 sm-i keçərsə daha uzaq məsafədə yaşayan sakinlər kommunal xidmətlərdən istifadə edə bilməyəcək.

Oilgas.az

455 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ