Danimarka “Şimal axını – 2” layihəsini qadağan edəcək?

Danimarka “Şimal axını – 2” layihəsini qadağan edəcək?

Danimarka “Şimal axını -2” qaz kəmərinin tikintisini qadağan etməyə hazırlaşır.
Oilgas.az “Financial Times”a istinadən xəbər verir ki, Danimarka hökuməti qanunlayihəsinə “Şimal axını-2” qazkəmərinin tikintisini qadağan etməyə imkan verəcək dəyişiklik etməyi təklif edib.
Danimarkanın enerji və iqlim naziri Lars Kristian Lilleholt sözügedən dəyişikliklərin “Şimal axını-2”nin leyinə və ya əleyhinə yönəldiləcəyinin dəqiqləşdirilmədiyini qeyd edib.
“Şimal axını-2” layihəsinin tikinti nümayəndəsi isə layihənin hüquqi əsaslarının Danimarka qanunvericiliyinə əsaslanacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, “Şimal axını-2” boru kəməri layihəsi Rusiya qazının Baltik dənizi vasitəsilə Avropa İttifaqı ölkələrinə çatdırılmasını nəzərdə tutur.
Rusiyanın “Qazprom”, Almaniyanın “E.ON SE” və “BASF SE/Wintershall Holding GmbH.”, həmçinin “Royal Dutch Shell Plc.” (İngiltərə-Hollandiya), “OMV AG” (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” layihəsinin səhmdarları qismində çıxış edir.

Oilgas.az

396 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ