Daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi

Daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verib.

Birlikdən OilGas.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon Xaçmaz Rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 029 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 95 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində eləcə də Çaxçaxlı və Seyidlikəndyeri kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

255 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ