Daha üç kəndə təbii qaz verildi

Daha üç kəndə təbii qaz verildi

Bu gün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağsu rayonunun Gürcüvan, Hinqar və Nüydü kəndlərinə təbii qaz verilib.

OilGas.az Birliyə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 306 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

“Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır”,- məlumatda qeyd edilib.

1130 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ