Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verildi
Bu gün Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən OilGas.az-a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 335 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 976 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
MÜZAKİRƏ