Venesuelada daha bir neft emalı zavodunda yanğın – Daxili mafiya şübhəsi

Venesuelada daha bir neft emalı zavodunda yanğın – Daxili mafiya şübhəsi

Venesuelanın nəhəng neft emalı zavodunda (NEZ) yanğın baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, yanğın “Amuay” zavodunda qeydə alınıb. Zavodun işçiləri təxliyə olunub. Hadisə nəticəsində yaralananların olmadığı bildirilir.

Yanğın lokallaşdırılsa da, hələ söndürülməyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Venesuela dövlət neft müəssisəsi PDVSA (Petroleos de Venesuela) tərəfindən hələ heç bir açıqlama verilməyib.

Venesuela prezidenti Nikolas Maduro PDVSA daxili mafiyanı zavodların işini sabotaj etməkdə ittiham edib.

Qeyd edək ki, bu son 1 həftə ərzində Venesualda neft emalı zavodlarında baş verən ikinci yanğındır. Dekabrın 26-da “Cardon” NEZ-də yanğın baş vermiş, hadisə nticəsində bir nəfər ağır yanıq xəsarətləri almaqla 3 nəfər yaralanmışdı.

OilGas.az

98 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ