Daha bir kəndə təbii qaz verildi

Daha bir kəndə təbii qaz verildi

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağstafa rayonunun Böyük Kəsik kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

OilGas.az “Azəriqaz”a istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 340 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 238 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 20 463 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

702 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ