Commerzbank: Rusiya Vyana sazişinə bir daha qoşulmayacaq

Commerzbank: Rusiya Vyana sazişinə bir daha qoşulmayacaq

Rusiya neft hasilatının azaldılmasıyla bağlı Vyana sazişinə qoşulmayacaq.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir proqnoz ilə Commerzbank ekspertləri çıxış edib. Analitiklər bu proqnozu Rusiyanın energetika naziri Aleksandr Novakın ötən həftə verdiyi açıqlamalarla izah ediblər. Belə ki, rusiyalı nazir neft bazarında vəziyyətin yaxşılaşması barədə danışsa da, Rusiyanın sazişin uzadılmasına dəstək olub-olmayacağına dair konkret fikir səsləndirməyib.

Xatırladaq ki, ötən il dekabrın 10-da OPEC və kartelə daxil olmayan 11 ölkə 2017-ci ilin birinci yarımilliyində neft hasilatının azaldılması barədə saziş imzalayıb.

May ayında sazişinin müddətinin uzadılması məsələsi müzakirə olunacaq.

OilGas.az

356 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ