Commerzbank: OPEC daxilində parçalanma realdır

Commerzbank: OPEC daxilində parçalanma realdır

Bazarertəsi Səuidyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan ediblər. Ölkələr Qətəri İranla sıx əlaqədə olmaqda, eləcə də terror təşkilatlarına dəstək verməkdə ittiham edirlər. Hələ ki, bütün bu proseslərin Fars körfəzi regionundan enerji tədarükünə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin bu hadisələrin fonunda Brent neftinin bir barelinin qiyməti 50 dollardan aşağı olaraq qalır.

OilGas.az xəbər verir ki, Commerzbank ekspertləri Qətər ətrafında yaranan böhranın neft qiymətlərinə təsir etməyəcəyini düşünürlər. Doğrudur, ölkə maye təbii qazın başlıca tədarükçüsüdür. Lakin dünya neft bazarında elə də mühüm rol oynamır. Gündəlik 620 milyon barel neft hasil edən Qətərin hasilatın azaldılması barədə sazişdə üzərinə götürdüyü öhdəlik sutkada cəmi 30 min bareldir. Reuters agentliyinin məlumatına əsasən, may ayında ölkə öhdəliyini 93% yerinə yetirib. Lakin Qətər sazişə riayət etməkdən tamamilə imtina etsə və diplomatik münasibətlərin kəsilməsinə cavab olaraq hasilatı artırsa belə, bu, ciddi problem doğurmayacaq.

Ekspertlər hesab edirlər ki, OPEC daxilində parçalanma daha ciddi təhlükə yaradacaq. Son zamanlar isə belə bir ssenari real görünür. OPEC-in gözləntilərinin əksinə neft qiymətləri ucuzlaşmaqda davam edir. Odur ki, Qətərin sazişdən imtina etməsi deyil, digər ölkələrin də bu addımı təkrarlaması neft bazarı üçün böhranla nəticələnə bilər.

OilGas.az   

 

243 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ