Commerzbank: 2017-ci ilin məğlubu təbii qazdır

Commerzbank: 2017-ci ilin məğlubu təbii qazdır

Bu il enerji daşıyıcıları bazarının oyunçuları qələbələrini qeyd edirlər.

OilGas.az xəbər verir ki,  enerji bazarına dair yekunları nəzərdən keçirən “Commerzbank” ekspertləri bu qənaətdədirlər.

Ekspertlərin illik dəyərləndirməsinə əsasən, neft qiymətlərində ilin ortalarına qədər ucuzlaşma müşahidə olunurdu. Neft hasilatının azaldılması barədə Vyana sazişinə ciddi nizam-intizamla riayət olunmasına rəğmən qiymətlər 6 aylıq minimum nümayiş etdirdi. Ehtiyatların azalmasında yüksək temp nümayiş olunduqdan sonra Brent markalı neftin bir barelinin dəyəri 40%-dən çox yüksələrək 65 dollara bərabər oldu. Bu isə 2,5 illik maksimal hədd idi.

Görünən odur ki, Brent markalı neft 2017-ci ili 10%-dən çox artımla başa vuracaq. Bu zaman WTI markalı neftin ili 8%-lik yüksəlişlə başa vuracağı gözlənilir. Bu markalı neftin dəyərinin nisbətən aşağı olması şist neft hasilatı sektorunda ikinci dalğayla əlaqədardır.

Yaz fəslinə qədər kömürün qiymətində ucuzlaşma müşahidə olunsa da, ilin sonuna doğru kömür qiymətlərində 10% yüksəliş var.

Bu ili “məğlubiyyət”lə başa vuracaq olan yanacaq növü isə ABŞ-ın təbii qazıdır. Bu, ötən il qiymətlərin yüksək səviyyədə olmasıyla da qismən əlaqədardır. Bu gün “Henry Hub” bir il öncəkinə nisbətən təxminən 30% ucuzdur. Burada şist qazı hasilatının bərpası açar rolu oynayır. Lakin xaricə satış üçün yeni imkanların formalaşması qaz qiymətlərinin daha kəskin ucuzlaşmasının qarşısını alır.

Ekspertlərə görə, enerji sektorunda ilin qalibi karbondur.

OilGas.az

103 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ