Çindən son 10 ilin ən böyük qəzası ilə bağlı – Açıqlama

Çindən son 10 ilin ən böyük qəzası ilə bağlı – Açıqlama

Çin hökuməti “Sanchi” adlı tankerin partlamasından sonra geriyə Şərqi Çin dənizində ümumi sahəsi 109 kvadrat kilometr olan 2 neft ləkəsinin qaldığını açıqlayıb.

OilGas.az xəbər verir ki, peykdən çəkilən fotolara görə, sözügedən ləkələrin böyüklüyü müvafiq olaraq 40 və 69 kv km təşkil edir.

Qeyd edək ki, bu, son 10 ildə dünyanın ən böyük dəniz qəzası hesab edilir.

Xatırladaq ki, Panama bayrağı ilə İrandan Cənubi Koreyaya hərəkət edən “Sanchi” neft tankeri və Honkonqa məxsus yük gəmisi “CF CRYSTAL” toqquşub. Toqquşma nəticəsində tankerdə yanğın baş verib. Tankerdəki yanğın 4 gün söndürülə bilməyib. Nəticədə partlayış baş verib. İran şirkətinə məxsus tankerdə 32 nəfər (30-u İran, 2-si isə Banqladeş vətəndaşı), yük gəmisində 21 nəfər olub. Yük gəmisinin heyəti xilas edilsə də, tankerin bütün heyət üzvləri həlak olub.

OilGas.az

216 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ