Çindən dollara qarşı daha bir həmlə – Neft ticarəti yuanla aparılacaq

Çindən dollara qarşı daha bir həmlə – Neft ticarəti yuanla aparılacaq

Çin neft ticarətində ABŞ dollarından imtina etməyə hazırlaşır.

OilGas.az Yaponiyanın Nikkei informasiya agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə yuanla mübadilə edilən və bununla bərabər, real qızılla dəyişdirilə bilən fyuçers müqaviləsindən istifadə olunacaq.

Sövdələşmənin hər iki tərəfi birja vasitəsilə gələcəkdə müəyyən olunmuş vaxtda hər hansı dəqiq həcmdə tədarükü nəzərdə tutan kontraklar bağlaya biləcəklər.

Yeni fyuçers müqaviləsinə əsasən, Rusiya, İran kimi bəzi ölkələr ABŞ dollarından istifadə etmədən neft ticarəti edə biləcəklər. Neftin yuanla ticarətini daha cəzbedici etmək üçün ixracatçılar nefti satdıqdan sonra əldə etdikləri yuanları Şanxay və Honkonqda keçirilən birjalarda qızıla dəyişdirə biləcəklər. Bu, Çinin geniş ictimaiyyətə xəbər vermədən, qızıl rezervlərini fəal artırmasının səbəblərindən biri ola bilər. Belə olan halda, qızıl əlavə dəstək qazanacaq. Bundan əlavə, neft ticarətində istifadə olunan yeni fyuçersk kontrakt isə qızıl yuanın meydana gəlməsi yolunda daha bir addım ola bilər.

Qeyd edək ki, 2017-ci ilin ilk yarımilliyində Çin 212 mln. ton neft idxal edib. Ölkəyə neft tədarük edən başlıca ölkələr isə Rusiya (29,2 ton), Anqola (27,1 ton), Səudiyyə Ərəbistanı (17,8 ton) olub.

OilGas.az

245 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ