Çin yuanla neft fyuçerslərini dövriyyəyə buraxdı

Çin yuanla neft fyuçerslərini dövriyyəyə buraxdı

Çin yuanla nominasiya olunmuş fyuçers müqavilələrini dövriyyəyə buraxıb.

OilGas.az xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb. Bu fyuçers müqaviləsinin işlənməsi, hazırlanması və buraxılması üçün Çin təxminən 25 il vaxt sərf edib.

Qeyd edək ki, hərrac Şanxay beynəlxalq enerji birjasında keçirilir. Fyuçerslər INE abreviaturası ilə dövriyyəyə çıxarılacaq.

Hərrac açılarkən neft barelinin dəyəri 440 yuan (təxminən 70 dollar) təşkil edib. 20 dəqiqədən sonra 14 min müqavilə bağlanıb. Ticarət marjası müqavilənin ümumi dəyərinin 7%-ə bərabər olub.

230 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ