Çin maye qaz idxalını 53% artırıb

Çin maye qaz idxalını 53% artırıb

Bu ilin noyabr ayında Çinə maye qaz idxalı 4,06 mln ton təşkil edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, idxal ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz yüksəlib. Sözügedən dövr ərzində Çinə boru kəmərləri vasitəsilə təbii qazın idxalı 2,5 milyon ton olub. Bu isə 2016-cı ilin noyabr ayı ilə müqayisədə 27,4 faiz daha çoxdur.

2019-cu ildə Rusiya Federasiyasından Çinə “Sibir Gücü” kəməri vasitəsilə qaz tədarükü başlayacaq. “Qazprom”la CNPC arasında müqavilə 30 il müddətinə imzalanıb və hər il 38 milyard kubmetr Rusiya qazının Çinə ixracını nəzərdə tutur.

OilGas.az

427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ