“Ciddi danışıqlar aparırıq” – “Paşa Holdinq”in sədr müavini

“Ciddi danışıqlar aparırıq” – “Paşa Holdinq”in sədr müavini

“Bizim əsasən korporativ bizneslə məşğul olan bankımız “Paşa Bank”dır. “Paşa Bank” Azərbaycanda kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində korporativ müştərilərimizlə ciddi danışıqlar aparır”.

OilGas.az xəbər verir ki, bunu saytımıza açıqlamasında “Paşa Holdinq”in İdarə Heyəti sədrinin birinci müavini Cəlal Qasımov deyib.

O, “Paşa Holdinq”in Azərbaycanda kapital bazarlarının inkişafı üçün atacağı addımlardan söz açıb:

“Paşa Holdinq” yeni fikirlərindən biri də “Paşa Kapital”dır. Onun yenidən formalaşması, bazarda daha aktiv iştirakçı olması barədə ciddi qərarlar qəbul etmişik. 2018-2020-ci illər üçün artıq strategiyamızı da müəyyənləşdirmişik. Burada keçən strategiya ilə müqayisədə “Paşa Kapital”ın rolu ciddi olaraq artıb və onun gələcək planları əks olunub. Ümid edirik ki, istər Azərbaycanın kapital bazarlarında, istərsə də digər qlobal bazarlarda daha aktiv iştirakçı olacağıq”.

Aydan Axundova

OilGas.az

201 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ