Cəzbedici Çin bazarı – Neft tələbatı üzrə proqnozlar açıqlandı

Cəzbedici Çin bazarı – Neft tələbatı üzrə proqnozlar açıqlandı

Çində neft tələbatı hər il 2,5% yüksələcək.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Pekində çıxış edən Çinin Sinopec (China Petroleum and Chemical Corporation) neft-kimya müəssisəsinin emal üzrə Baş direktorunun müavini ölkədə neft tələbatının dinamikası üzrə proqnozları səsləndirib.

Proqnoza əsasən, 2016-cı ildən 2020-ci ilə qədərki dövr ərzində Çində neft tələbatı hər il orta hesabla 2,5% yüksəlməlidir. 2011-ci ildən 2015-ci ilə qədərki dövr ərzində tələbatın orta illik inkişaf tempi 5,5% təşkil edib.

2016-cı ildən 2020-ci ilə qədər ölkədə benzin tələbatı hər il orta hesabla 6-8% artmalıdır. Sözügedən dövrdə dizel yanacağına tələbat isə hər il orta hesabla 2-4% azalmalıdır.

Proqnozlara əsasən, 2020-ci ilə qədər alternativ enerji 37,7 milyon ton, 2030-cu ilə qədər isə 62,3 milyon ton yanacaq tələbatını əvəzləməlidir.

Bundan əlavə, 2016-cı ildən 2020-ci ilə qədərki dövrdə Çin neft məhsullarının emal gücünü 150 milyon ton artıracaq.

Çin neft idxalında diversifikasiyanı davam etdirəcək. Tələbatın yarısı Yaxın Şərqin payına düşəcək. Bu zaman ABŞ tədricən ölkənin əsas tədarük mənbəyinə çevriləcək.

OilGas.az

277 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ