Ceyhan limanıyla dünya bazarlarına nə qədər neft çıxarılıb?

Ceyhan limanıyla dünya bazarlarına nə qədər neft çıxarılıb?

2017-ci ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti olub. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 milyon 275 min 528 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 milyon 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

OilGas.az

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ