Ceyhan limanından xam neft ixracı azalıb – 28%

Ceyhan limanından xam neft ixracı azalıb – 28%

Bu ilin mart ayında SOCAR Ceyhan limanından 1 mln. 185 min 458 ton xam neft ixrac edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 27,9% azdır.

Oilgas.az SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin fevral ayı ilə müqayisədə isə azalma 10,04% təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Ceyhan limanından 3 mln. 906 min 969 ton xam neft ixrac edilib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 15,6% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Oilgas.az

428 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ