Ceyhan limanından nə qədər neft dünya bazarlarına çıxarılıb?

Ceyhan limanından nə qədər neft dünya bazarlarına çıxarılıb?

2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarıldı.

OilGas.az “SOCAR”-a istinadən xəbər verir ki, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etdi. Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil etdi

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola saldı.

OilGas.az

223 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ