Ceyhan limanından 17 milyon ton neft ixrac olunub

Ceyhan limanından 17 milyon ton neft ixrac olunub

Bu ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən OilGas.az-a bildirilib ki, bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 17 milyon 239 min 539 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

OilGas.az

259 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ