Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Cənubi Qafqaz Boru Kəmərinə 200 mln. dollar yatırılıb
2017-ci ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.
“BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, ümumilikdə bu işlərin (tikinti və istismar sınaqları daxil olmaqla) 89%-i tamamlanıb.
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib – təqribən 320 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb – beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.
Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib – 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.
Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır.
Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. Birinci kompressor stansiyasında işlər təqribən 96%, ikincidə isə 70% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 95% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.
Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 6 mln. dollar əməliyyat xərcləri və 191 mln. dollar əsaslı xərclər sərf edilib.
Qeyd edək ki, kəmər 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Rüb ərzində kəmərin gündəlik orta ötürücülük gücü təqribən 21,4 mln. kubmetr qaz olub.
OilGas.az
MÜZAKİRƏ