Cənubi Amerikanın ilk geotermal zavodu açıldı

Cənubi Amerikanın ilk geotermal zavodu açıldı

Çərşənbə axşamı Cənubi Amerikanın ilk geotermal elektrik stansiyasının rəsmi açılışı olub. Zavod dünyada bu qəbildən olan ilk irimiqyaslı müəssisədir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, “Cerro Pabellon” zavodu Çilidə dəniz səviyyəsindən 4,500 metr yüksəklikdə tikilib. Zavod hər birinin gücü 24 meqavat olan iki qurğudan ibarətdir.

Mart ayının sonlarından birinci blok “Norte Grande” ötürücü sisteminə enerjisi tədarük etməyə başlayıb. İkinci blok isə oktyabr ayından tam gücü ilə işləməyə başlayacaq.

Tam işə salındıqdan sonra zavod ildə təxminən 340 min GVt/saat enerji istehsal edəcək.

Müəssisənin tikintisi üçün təxminən 320 mln dollar sərmayə tələb olunub.

463 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ