Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilir

Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilir

Bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilir.

OilGas.az xəbər verir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Dövlət başçısı geniş nitq söyləyib.

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə məsləhətçisi Sandra Oudkirk çıxış edərək bildirib ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxuyub.

Daha sonra səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

208 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ