CAREC proqramı çərçivəsində görüş – Alternativ enerji üzrə əməkdaşlıq müzakirə edildi

CAREC proqramı çərçivəsində görüş – Alternativ enerji üzrə əməkdaşlıq müzakirə edildi

Energetika Nazirliyində nazir müavini Samir Vəliyevlə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində CAREC İnstitutunun direktoru Sanjaasuren Bayaraanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə OilGas.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sanjaasuren Bayaraa energetikanın əsas prioritet istiqamətlərindən biri olan CAREC proqramı və bu proqram çərçivəsində Azərbaycanla sıx əməkdaşlıqdan bəhs edib. Energetika Nazirliyinin CAREC-in müxtəlif tədbirlərində fəal iştirakı yüksək qiymətləndirilib. Görüşdə proqrama üzv dövlətlər arasında regionların elektrik enerjisi ilə etibarlı təminatı, energetika sahəsində yüksək texnologiyaların tətbiqi, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. CAREC proqramı çərçivəsində nazirliklə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində görülən tədbirlər və qarşıya qoyulmuş hədəflər barədə məlumat verən nazir müavini Samir Vəliyev bu sahədə beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. CAREC proqramı çərçivəsində gələcəkdə əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyi sahəsində inkişaf etdirilməsini təklif edib.

Görüşdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində qarşılıqlı səfərlərin və tədbirlərin keçirilməsi imkanları müzakirə edilib.

139 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ