“Bununla qürur duyuruq” – SOCAR rəsmisi

“Bununla qürur duyuruq” – SOCAR rəsmisi

25-ci yubiley Beynəlxalq “Xəzər neft və qaz” konfransı davam edir.

OilGas.az xəbər verir ki, konfransda “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda yatırılan investisiyalar, ixrac üçün imkan və potensial” mövzusuna həsr olunan paneldə SOCAR-ın Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov çıxış edib.

O, çıxışında Cənub Qaz Dəhlizi və digər layihələrdən qürur duyduğunu bildirib:

“Biz burada mükəmməl bir sistem yaratdıq Bunun nəticəsində bir çox investorları layihələrə cəlb edə bildik. Onlar da bu əməkdaşlıqdan məmnundurlar. Məqsədimiz yeni layihələr, yeni ideyaları həyata keçirməkdir. Bu layihələrdə işləmək çox maraqlıdır. Biz daima rəqabətdəyik. Cənubi Qaz Dəhlizinin elementləri tamamı ilə açıqdır və həddindən artıq şəffafdır. Bir ayrıseçkilik etmirik. Bizim mövcud potensialımız böyüyə də bilər. Bununla belə biz Cənubi Qaz Dəhlizini əlavə inkişaf etdirə, coğrafiyanı böyüdə bilərik. Vacib olan məsələ odur ki, investorları cəlb edək. Bu bizim məsələyə baxışımızdır. Azərbaycan hamıya nümayiş etdirib ki, bütün bunlar qarşılıqlı inam əsasında formalaşıb”.

270 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ