“Bulla-dəniz” yatağında yeni quyu istismara verilib

“Bulla-dəniz” yatağında yeni quyu istismara verilib

“Azneft” İstehsalat Birliyi ölkənin quru və dəniz ərazilərindəki yataqlarda istismar işlərini uğurla davam etdirir, neft-qaz hasilatının sabit saxlanılması və daha da artırılması məqsədi ilə görülən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunur.

OilGas.az xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində “Azneft” İstehsalat Birliyi daha bir uğurlu göstəriciyə imza atıb. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri uğurla başa çatıb və yüksək debitli 123 nömrəli quyu istismara verilib.

“Bulla-dəniz” yatağındakı 122 nömrəli platformadan qazılan quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, VIII horizontun 6097-6057 metr dərinlik intervalına hazır süzgəc endirilib. Mənimsəmə-sınaq işləri nəticəsində, quyu yüksək qaz və kondensat hasilatı ilə mənimsənilməyə başlanılıb.

“Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov sözügedən hadisə münasibətilə SOCAR kollektivini təbrik edib:

“Əldə edilən bu növbəti uğurumuz münasibəti ilə əməyi keçən hərkəsə təşəkkürümü bildirmək və çoxminli SOCAR kollektivini təbrik etmək istəyirəm. Bu hadisə, doğrudan da böyük önəm daşıyır və bir daha onu göstərir ki, əməksevər kollektivimizin zəngin potensialı var. Bizim gələcəkdə daha böyük uğurlar qazanacağımıza inamım tamdır”.

OilGas.az

349 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ