“Bulla-dəniz” yatağı üçün yeni platforma tikilir

“Bulla-dəniz” yatağı üçün yeni platforma tikilir

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Bulla-dəniz” yatağı üçün yeni 12 nömrəli stasionar dəniz özülünün tikintisinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” trestidir. Beş istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində yerləşdiriləcək və 5 dayaq blokunun üzərində yığılacaq. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, 1 helikopter meydançası, 2 minik meydançası, 2 yanalma meydançası, 1 ədəd məişət bloku, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcək. Ümumi sahəsi 4 min 890 kvadratmetr olacaq özüldə 1 ədəd qülləaltı postament, 2 piyada körpüsü də inşa olunacaq. Hazırda özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. Üç dayaq blokunda və 21 metal lövhədən 11-də işlər davam etdirilir. Tikinti işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun həyata keçirilir.

12 nömrəli stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 2,5 milyon kubmetr qaz və 500 ton kondensat hasil olunacağı gözlənilir.

OilGas.az

710 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ