Bu şəxslərin bank hesablarına sərəncam qoyulacaq

Bu şəxslərin bank hesablarına sərəncam qoyulacaq

“Paşa” Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən OilGas.az-a verilən məlumata görə, görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığortaedənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib.

Həmçinin, banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada “Sosial sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.

Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcək.

72 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ