Bu rayonun elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq

Bu rayonun elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq

Bu gün saat 12:00-dan saat 14:30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonunun Xırdalan əhərinin 25, 26 və 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə OilGas.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

“Yaranacaq narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir”, -deyə  o, qeyd edib.

39 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ