Bu rayonda qaz olmayacaq

Bu rayonda qaz olmayacaq

Bu gün Samux rayonunun iki yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

“Azəriqaz” İB-dən Oilgas.az-a verilən məlumata görə, oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun iki yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq. Bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.

34 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ