Bu rayonda qaz kəsildi

Bu rayonda qaz kəsildi

Ucarda təbii qazın təchizatında problem yaranıb.

OilGas.az APA-ya istinadən xəbər verir ki, artıq ikinci gündür ki, rayonun bir neçə yaşayış məntəqəsində təbii qaz fasilələrlə verilir. Ötən gün səhər saat 9:00-dan axşam saat 18:00 kimi, bu gün isə səhər saatlarından mavi yanacağın təchizatı dayandırılıb.

Yerli qaz istismar sahəsinin rəisi Rüstəm Mehdiyevin bildirib ki, ötən gün təmir işləri ilə əlaqədar, bu gün isə qaz xəttində yaranmış nasazlıq səbəbindən müvəqqəti olaraq təchizat dayandırılıb: “Yaxın saatlarda təmir işləri yekunlaşacaq və təbii qazın verilişi bərpa olunacaq”.

327 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ