Bu rayonda 3 gün qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu rayonda 3 gün qaz olmayacaq – XƏBƏRDARLIQ

Yeni çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan diametri 1020 mm-lik “Astara-Qazıməmməd” magistral qaz xəttinin birinci xətti ilə kəsişən hissəsində borunun dəyişdirilməsi həmçinin futlyarın quraşdırılması zəruriyyəti ilə əlaqədar, 28 avqust 2018-ci il tarixindən etibarən üç gün müddətində təmir işləri aparılacaq.

Bu barədə OilGas.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Zəruri təmir işləri ilə əlaqədar, Masallı rayonunun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

149 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ