Bu qəsəbənin qaz təchizatı dayandırıldı

Bu qəsəbənin qaz təchizatı dayandırıldı

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb.

Bu abrədə Oilgas.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y. Hüseynov, Natəvan küçələrində müşahidə olunur.

28 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ