Bu ölkədə son 83 ilin ən nəhəng neft yatağı kəşf olundu

Bu ölkədə son 83 ilin ən nəhəng neft yatağı kəşf olundu

Bəhreyndə yeni neft-qaz yatağı kəşf olunub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, yeni yataq krallığın qərb sahilində yerləşir. Bu, krallıq üçün ilk neft yatağından hasilata başladığı vaxtdan – 1932-ci ildən etibarən ən nəhəng tapıntıdır.

Proqnozlara əsasən, yeni yataq çox əhəmiyyətli həcmdə neft və qaz həcmlərinə malikdir. Lakin ehtiyatlar barədə ətraflı məlumat açıqlanmır.

Qeyd edək ki, OPEC-ə daxil olmayan Bəhreyn kiçik neft istehsalçısıdır. Ölkə 2 yataqdan satdığı neftdən gəlir əldə edir. Bunlardan şelf yatağı olan “Abu-Safa” Səudiyyə Ərəbistanı ilə birgə işlənir.

123 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ