Bu ölkə elektrik enerjisindən istifadə üçün pul ödəyir

Bu ölkə elektrik enerjisindən istifadə üçün pul ödəyir

Bazar günü və bazar ertəsinin ilk saatlarında Avropada böyük bir elektrik ticarət birjası olan “EPEX”də aşağı tələb müşahidə olunub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, mövsüm üçün xarakterik olmayan istilik və güclü külək külək enerjisi stansiyalarının tam güclə çalışmasına səbəb olub ki, nəticədə elektrik enerjisi qiymətləri sıfırdan daha aşağı düşüb.

Qeyd edək ki, bu “mənfi qiymət” vəziyyəti Almaniyaya xas deyil. Lakin alternativ enerji mənbələrinə sərmayə yatırılmasının təbliğ edilməsi nəticəsində “mənfi qiymət” ən çox bu ölkədə müşahidə olunur.

Məlumata görə, bu il Almaniyada enerji istehlakı üçün müştərilərə 100 dəfədən çox pul ödənilib.

Bazar günü fabrik sahibləri, eləcə də digər böyük enerji istehlakçıları topdan qiymətləndirmədə istifadə etdikləri hər 1MVt/saat üçün təxminən 60 dollar pul əldə edib.

OilGas.az

160 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ