Bu kəndə təbii qaz verildi – İLK DƏFƏ

Bu kəndə təbii qaz verildi – İLK DƏFƏ

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Masallı rayonunun Qodman kəndinə ilk dəfə təbii qaz verilib.

OilGas.az “Azəriqaz”a istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, ümumilikdə 297 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 242 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 792 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bundan əlavə cari ildə Masallı rayonunun ümumilikdə 562 fərdi evi olan Tatyanoba və Güllütəpə kəndlərinin qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub.

130 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ