Bu kəndə ilk dəfə təbii qaz verildi

Martın 24-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lerik rayonunun Durğan kəndinə ilk dəfə təbii qaz verilib.

OilGas.az Azəriqaz-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 341 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib,48 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

103 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ