Bu kəndə ilk dəfə təbii qaz verildi

Bu kəndə ilk dəfə təbii qaz verildi

Bu gün Saatlı rayonunun Məzrəli kəndinə təbii qaz verilib.

OilGas.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 223 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 221 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Saatlı rayonunun Azadkənd kəndində tikinti quraşdırma işləri davam etdirilir.Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

44 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ