Bu ilin ortalarında TANAP üzrə Azərbaycan qazı Türkiyəyə çatdırılacaq

Bu ilin ortalarında TANAP üzrə Azərbaycan qazı Türkiyəyə çatdırılacaq

Bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında ötən il ərzində həyata keçirilən işlər nəzərdən keçirilib. Həmçinin, bu istiqamətdə gələcəkdə görüləcək işlər müzakirə olunub.

OilGas.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib. Nazir qeyd edib ki, “Cənub Qaz Dəhlizi” çox böyük layihədir. Bu layihə 4 hissədən ibarətdir. Bütün bu hissələr, komponentlət üzrə işlər görülür:

“Bu gün layihənin bütün komponentlərinin həyata keçirilməsi üzrə geniş müzakirə apardıq. Layihənin bütün komponentlərinin icrası ilə bağlı vəziyyət yüksək səviyyədədir. Prezident İlham Əliyev də layihənin yerdə qalan hissəsinin icrası ilə bağlı öz tövsiyələrini verib”.

Nazir qeyd edib ki, bu ilin ortalarında TANAP üzrə ilk qazın Azərbaycandan Türkiyəyə çatdırılması nəzərdə tutulub.

229 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ