Bu ilin 1-ci yarısında AÇG-də 108 milyon barel neft hasil edilib

Bu ilin 1-ci yarısında AÇG-də 108 milyon barel neft hasil edilib

Bu ilin 1-ci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, 6 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Statoil” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

73 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ