Bu il TANAP-la 1,3 mlrd. kubmetr qaz nəql olunub

Bu il TANAP-la 1,3 mlrd. kubmetr qaz nəql olunub

Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. kubmetr qaz ixrac edilib.

Oilgas.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

İxrac olunan həcmin 1,3 mlrd. kubmetri TANAP ilə nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. kubmetrdən çox qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

169 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ