Bu il SOCAR-ın təbii qaz hasilatı 1 milyard kubmetrə yaxın olub

Bu il SOCAR-ın təbii qaz hasilatı 1 milyard kubmetrə yaxın olub

Cari ilin fevralında SOCAR-ın təbii qaz hasilatı 450 milyon kubmetr olub. Keçən ay ölkə üzrə qaz istehsalı isə ümumilikdə 2 milyard 222,3 milyon kubmetr təşkil edib.

Bu barədə OilGas.az-a SOCAR-dan məlumat verilib. Bu ilin yanvarında SOCAR-ın təbii qaz hasilatı 508,3 milyon kubmetr, ölkə üzrə qaz istehsalı isə 2 milyard 472,4 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə 6 milyard 266,7 milyon kubmetr, Azərbaycanda isə ümumilikdə 29 milyard 367,1 milyon kubmetr qaz hasil olunub.

OilGas.az

197 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ