Bu il dünyada nə qədər neft kəşf olunub? – “Rekord” qırıldı

Bu il dünyada nə qədər neft kəşf olunub? – “Rekord” qırıldı

2017-ci ildə dünyada 6,7 mlrd. barel neft aşkarlanıb.

OilGas.az xəbər verir ki, Norveçin “Rystad Energy” müstəqil konsaltinq şirkətinin məlumatlarına əsasən, bu, 70 ilin ən minimal göstəricisidir.

“1940-cı illərdən etibarən buna oxşar rəqəmlə rastlaşmamışıq. Aşkarlanan həcmlər aylıq neft ekvivalentində təxminən 550 mln. barel təşkil edib”, -deyə “Rystad Energy” şirkətinin baş analitiki Sonia Passos bildirib.

Şirkətin məlumatlarına əsasən, bu il kəşf olunan şelf yataqlarındakı ehtiyatların orta həcmi ayda neft ekvivalenti ilə təxminən 100 mln. barel təşkil edib. 2012-ci ildə isə bu rəqəm 150 mln.-a bərabər olub.

İl ərzində kəşf olunan yataqlarda hasilat potensialının aşağı rentabelli olmasına diqqət çəkən “Rystad Energy” 2017-ci ildə tapılan neft ehtiyatlarından 1 mln. bareldən çoxunun heç vaxt hasil edilməyəcəyini proqnozlaşdırıb.

OilGas.az

427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ