Bu il BTC kəməri ilə nə qədər neft nəql edilib?

Bu il BTC kəməri ilə nə qədər neft nəql edilib?

Bu ilin yanvar-mart aylarında magistral neft kəmərləri ilə 10124,0 min ton neft nəql edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,6%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8258,6 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 1538,8 min ton tranzit nefti də nəql edilib.

16 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ