Bu il BTC ilə 13,7 mln. ton neft ixrac edilib

Bu il BTC ilə 13,7 mln. ton neft ixrac edilib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 16 899,1 min ton neft nəql edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 743,9 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 595,1 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları rolunda BP (30,10%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “Itochu” (3,40%), “Inpex” (2,50%), “ExxonMobil”(2,50%) və “ONGC (BTC) Ltd.” (2,36%) şirkətləri çıxış edir.

 

77 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ