Bu il Azərbaycan 2 milyard dollarlıq xam neft ixrac edib

Bu il Azərbaycan 2 milyard dollarlıq xam neft ixrac edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 3 milyon 648 min 802 ton xam neft ixrac edilib.

OilGas.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Sözügedən dövrdə ixrac edilən xam neftin dəyəri 1 milyard 827 milyon 303 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında ölkədən 3 milyon 400 min 474 ton neft ixrac olunub, həmin ixracın dəyəri isə 1 milyard 387 milyon 383 min dollar təşkil edib.

121 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ