Bu il Azərbaycanda neft hasilatı 7,3 faiz azalıb

Bu il Azərbaycanda neft hasilatı 7,3 faiz azalıb

Bu ilin yanvar-fevral aylarında mədənçıxarma sektorunda neft hasilatı 7,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artıb, neft sektorunda isə 5,1 faiz azalıb. Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.

OilGas.az

270 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ