Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Bu il Azərbaycanda nə qədər xam neft hasil olunub – Statistika
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 642 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9,5 faiz daha aşağıdır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hasil olunan təbii qazın həcmi isə 9 milyard 245,4 milyon kubmetr təşkil edib. Həmin qazın 6 milyard 284,8 milyon kubmetrini əmtəəlik təbii qazdır. Cari ildə təbii qaz hasilatı 6,9%, əmtəəlik qaz hasilatı 0,2 faiz azalıb.
İlin ilk dörd ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 8,9 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 7,4 faiz azalıb.
OilGas.az
MÜZAKİRƏ