Bu il Azərbaycanda nə qədər neft-qaz hasil edilib? – Statistika

Bu il Azərbaycanda nə qədər neft-qaz hasil edilib? – Statistika

Bu ilin yanvar-may aylarında Azərbaycanda 15 milyon 934 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 11 milyard 710,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 7 milyard 822 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, bu il ölkədə neft hasilatı 9,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb. İlin ilk beş ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 6,7 faiz azalıb.

OilGas.az

 

331 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ