Bu il Azərbaycan nə qədər xam neft ixrac edib? – Rəsmi statistika

Bu il Azərbaycan nə qədər xam neft ixrac edib? – Rəsmi statistika

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi açıqlanıb.

OilGas.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ixrac həcmi 11 779 766,88 min ton təşkil edib. Sözügedən miqdarda məhsulların dəyəri 5 921 818,60 min ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 80,34%-ni təşkil edib.

76 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ